02 avqust 2012-ci il tarixdə Oğuz rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

02 avqust 2012-ci il

02 avqust 2012-ci il tarixdə saat 17:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Oğuz rayonu ərazisindən keçən 94-cü km-də 1983-cü il təvəllüdlü Hacıqabul rayon sakini Qasımova Kəmalə Alik qızı İsmayıllı rayonu istiqamətində idarə etdiyi “Nissan Micra” markalı, 99-CG-875 dövlət qeydiyyat nişanlı avtomobillə yoldan çıxaraq onu yolun sağ kənarındakı ağaca vurub.
Qəza nəticəsində sürücü K.Qasımova və sərnişini, 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Abbasov Əbülfət Yedulla oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

xəbərlərin arxivi