03 avqust 2012-ci il tarixdə Qaradağ və Şabran rayon ərazilərinin hər birində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

03 avqust 2012-ci il

03 avqust 2012-ci il tarixdə saat 00:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 60-cı km-də 1970-ci il təvəllüdlü Gədəbəy rayon sakini Quliyev Arif Müzəffər oğlu idarə etdiyi “Vaz-21063“ markalı, 10-CK-243 dövlət qeydiyyat nişanlı avtomobili ayırıcı zolaqda  yerləşən işıq dirəyinə vurub.
Qəza nəticəsində sürücü xəstəxanada, avtomobildə olan sərnişin, 1967-ci il təvəllüdlü Sumqayıt səhər sakini Qasımov Çingiz Tapdıq oğlu isə hadisə yerində olüblər.
Digər yol-nəqliyyat hadisəsi saat 16:00 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun Şabran rayonu ərazisindən keşən 135-ci km-də baş verib. 1948-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Ağakişiyev Habil Mustafa oğlu idarə etdiyi “Vaz-21061“ markalı, 10-HU-790 dövlət qeydiyyat nişanlı avtomobili yolun sol kənarındakı ağaca vurub.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, Sumqayıt səhər sakini 1976-cı il təvəllüdlü Ağakişiyev Asif Habil oğlu hadisə yerində olüblər.
Faktlarla bağlı araşdırmalar aparılır.


xəbərlərin arxivi