04 avqust 2012-ci il tarixdə İmişli rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

04 avqust 2012-ci il

     04 avqust 2012-ci il tarixdə saat 16:30 radələrində Ağsu-Bəhrəmtəpə yolunun İmişli rayonu ərazisindən keçən 63-cü km-də 1953-cü il təvəllüdlü Bakı şəhər sakini Xanlarov Zakir Allahqulu oğlunun idarə etdiyi “Opel-astra“ markalı, 90-CO-264 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Xanlarov Samir Zakir oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi