07 avqust 2012-ci il tarixdə Şəki rayonu ərazisində 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

07 avqust 2012-ci il

 07 avqust 2012-ci il tarixdə saat 14:50 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonu ərazisindən keçən 59-cu km-də 1961-ci il təvəllüdlü Zaqatala rayon sakini Əhmədov Məhəmməd Əhməd oğlunun idarə etdiyi “Mercedes-Benz“ markalı, 10-NL-686 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 1982-ci il təvəllüdlü Naxçıvan MR-nın sakini Rəhimov İlkin Elbəyi oğlunun idarə etdiyi “SHACMAN” markalı, 01-AD-098 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində “Mercedes-Benz“ markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər, 1983-cü il təvəllüdlü Bakı şəhər sakini İmanov Vüqar Mais oğlu, 1981-ci il təvəllüdlü Zaqatala rayon sakini Aslanov Elburus Nurəddin oğlu və 1963-cü il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Morodze Eldar Zeynal oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi