11 avqust 2012-ci il tarixdə paytaxtın Xəzər rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması, Yevlax rayonu ərazisində isə 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

11 avqust 2012-ci il

11 avqust 2012-ci il tarixdə saat 15:00 radələrində Bakı-Mərdakan şosesindən Qala qəsıbəsinə gedən yolda 1969-cu il təvəllüdlü Naxçıvan MR-nın Babək rayon sakini Tarverdiyev İlqar Abbasqulu oğlunun idarə etdiyi “Opel-Vita“ markalı, 10-UB-061 dövlət qeydiyyat nişanlı avtomobillə, “SHACMAN” markalı, 90-JK-304 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində “Opel-Vita“ markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, avtomobildəki sərnişinlər, 1993-cü il təvəllüdlü Tarverdiyeva Züleyxa İlqar qızı, 1973-cü il təvəllüdlü Tarverdiyeva Səidə Tofiq qızı və 1995-ci il təvəllüdlü Tarverdiyev Kənan İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xətəxanaya çatdırılsalar da onlardan Z. Tarverdiyevanın həyatını xilas etmək mümükün olmayıb.
Digər yol-nəqliyyat hadisəsi saat 22:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən 296-cı km-də qeydə alınıb. 1961-ci il təvəllüdlü Yevlax rayon sakini Əbdülov Çənlibel Bəşir oğlunun idarə etdiyi “VAZ-2106“ markalı, 10-SN-708 dövlət qeydiyyat nişanlı avtomobil, 1986-cı il təvəllüdlü Xaçmaz rayon sakini Həsənov Samit Əkbər oğlunun idarə etdiyi “Toyota-Hillux” markalı, 27-BX-759 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində “VAZ-2106“ markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər, 1968-ci il təvəllüdlü Yevlax rayon sakini Həsənov Vidadi Qara oğlu hadisə yerində ölüblər, 1952-ci il təvəllüdlü Yevlax rayon sakini Məmmədov Teymur Həsən oğlu isə xəsarət alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi