12 avqust 2012-ci il tarixdə Lənkəran rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

12 avqust 2012-ci il

12 avqust 2012-ci il tarixdə saat 18:30 radələrində Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu ərazisindən keçən 191-ci km-də 1991-ci il təvəllüdlü Lənkəran rayon sakini Hüseynzadə Yasər Yaşar oğlunun Astara rayonu istiqamətində idarə etdiyi “VAZ-21154” markalı, 42-BP-620 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan 1962-ci il təvəllüdlü Masallı rayon sakini Murtuzayev İlham Xəlil oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 44-BN-654 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-21074” markalı avtomobildə olan sərnişin 1962-ci il təvəllüdlü Masallı rayon sakini Əliyev Nəzər Səmənd oğlu hadisə yerində,  sürücü İ.Murtuzayev Lənkəran Müalicə Diaqnostika Mərkəzinə daxil olandan sonra xəstəxanada ölüblər, həmin avtomobildə olan digər sərnişin 1956-cı il təvəllüdlü Masallı rayon sakini Qənbərov Fikrət Cankişi oğlu və “VAZ-21154” markalı avtomobilin sürücüsü Y.Hüseynzadə xəsarət aliblar.
Faktla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi