14 avqust 2012-ci il tarixdə Qobustan rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

14 avqust 2012-ci il

14 avqust 2012-ci il tarixdə saat 15:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 76,5-ci km-də 1941-ci il təvəllüdlü Bakı şəhər sakini Adıgözəlov Abdürrəhman Mehdi oğlunun Bakı şəhəri  istiqamətində idarə etdiyi “Mitsubishi Pajero” markalı, 99-CX-604 dövlət qeydiyyat nişanlı avtomobillə 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Musayev Nizaməddin Ziyəddin oğlunun əks istiqamətdə idarə etdiyi “VAZ-21099” markalı, 10-HF-464 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-21099” markalı avtomobilin sürücüsü  N.Musayev aldığı xəsarətlərdən Qobustan rayon mərkəzi xəstəxanasında, həmin avtomobildə olan sərnişinlər Şəki rayon sakinləri 1940-cı il təvəllüdlü Talıbov Qüdrət Talıf oğlu və 1941-ci  il təvəllüdlü Talıbova Sürayə Hüseyn qızı hadisə yerində ölüblər, “Mitsubishi Pajero” markalı avtomobildə olan sərnişinlər Bakı şəhər sakinləri 1987-ci il təvəllüdlü Adıgözəlov Vüqar Abdürrəhman oğlu və 1988-ci il təvəllüdlü Adıgözəlova Könül Saleh qızı xəsarət alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi