03 sentyabr 2012-ci il tarixdə paytaxtın Nizami rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

03 sentyabr 2012-ci il

03 sentyabr 2012-ci il tarixdə saat 03:40 radələrində paytaxtın Babək prospektinin Nizami rayonu ərazisindən keçən hissəsində 1980-ci il təvəllüdlü Əhmədov Anar Əlibaba oğlunun idarə etdiyi “Mercedes-Benz“ markalı, 10-ZT-268 dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarındakı beton dirəyə dəyərək alışıb və avtomobildə yanğın baş verib.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlərdən, 1994-cü il təvəllüdlü Bakı şəhər sakinləri, Cümşüdova Əfsanə Vaqif qızı ölüb, digər sərnişin Məlikova Səbinə Elxan qızı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi