12 sentyabr 2012-ci il tarixdə Şəmkir rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

12 sentyabr 2012-ci il

12 sentyabr 2012-ci il tarixdə saat 23:50 radələrində Bakı-Qazax-Gürcüstan  sərhədi yolunun Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən 374-cü km-də 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Qurbanov Vəzir Cavan oğlu idarə etdiyi “VAZ-21154” markalı, 57-BS-410 dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yolun sağ ehtiyat hissəsinə çıxaraq aşıb.
Qəza nəticəsində sürücü və avtomobilində olan sərnişin, 1987-ci il təvəllüdlü Şəmkir rayon sakini Hüseynov Ramin Camaləddin oğlu aldıqları xəsarətlərdən Şəmkir Mərkəzi Rayon Xəstəxanasında ölüblər.

xəbərlərin arxivi