14 sentyabr 2012-ci il tarixdə Qobustan və Yevlax rayon ərazisilərinin hər birində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

14 sentyabr 2012-ci il

14 sentyabr 2012-ci il tarixdə saat 07:10 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 70,3-cü km-də 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Fikrətli Fərid Elviz oğlunun Bakı şəhəri istiqamətində idarə etdiyi “Oka” markalı, 10-NR-080 dövlət qeydiyyat nişanlı avtomobillə 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Əsgərov Eyvaz Çərkəz oğlunun  əks istiqamətdə idarə etdiyi “Mercedes-Benz” markalı, 90-GF-936 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Oka” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Biləsuvar rayon sakini Məmmədli Əli Qulubəy oğlu hadisə yerində ölüblər, digər sərnişin 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Alməmmədov Şahmar Əli oğlu isə xəsarət alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Digər yol-nəqliyyat hadisəsi saat 23:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 268-ci km-də, Yevlax rayonunun Xanabad kəndi ərazisindən keçən hissədə  qeydə alınıb. 1970-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı, Bakı şəhər sakini İsmayıl Ünlü Osman oğlu “Mercedes” markalı, 66-BH-680 dövlət qeydiyyat nişanlı avtomobilli idarə edərkən Xaldan dairəsində onu dirəyə vuraraq aşıb və yanıb.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, 1968-ci il təvəllüdlü Yevlax rayon sakini Mustafayev Bəxtiyar Mollaəli oğlu hadisə yerində ölüblər, digər sərnişin 1973-cü il təvəllüdlü Yevlax rayon sakini Mustafayeva Xurmayə Xosrov qızı isə xəsarət alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
xəbərlərin arxivi