16 sentyabr 2012-ci il tarixdə Salyan rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

16 sentyabr 2012-ci il

16 sentyabr 2012-ci il tarixdə saat 13:00 radələrində Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisindən keçən 65-ci km-də 1982-ci il təvəllüdlü Lənkəran rayon sakini Məmmədov Rəfayıl Mirabdulla oğlunun Astara rayonu istiqamətində idarə etdiyi “QAZ-3302” markalı, 10-SF-594 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkət edən 1984-cü il təvəllüdlü Yevlax rayon sakini Əsədov Hətəm Bədirxan oğlunun  idarə etdiyi “VAZ-21011” markalı, 03 BF 284 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-21011” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər, 2008-ci il təvəllüdlü Yevlax rayon sakini Əsədov Ceyhun Hətəm oğlu hadisə yerində ölüblər, eyni ünvanda yaşayan 1985-ci il təvəllüdlü Əsədova Rəsmiyə Həsrət qızı, 2006-cı il təvəllüdlü Əsədova Esmira Hətəm qızı və 2001-ci il təvəllüdlü Əsədov Həsrət Hətəm oğlu xəsarət alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
      Faktla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi