22 sentyabr 2012-ci il tarixdə Masallı rayonu ərazisində 4 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

22 sentyabr 2012-ci il

22 sentyabr 2012-ci il tarixdə saat 00:30 radələrində Ərkivan qəsəbəsinin ərazisində Masallı rayon sakinləri 1987-ci il təvəllüdlü Tağıyev Manaf Mehman oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 10-SJ-127 dövlət qeydiyyat nişanlı avtomobillə 1984-cü il təvəllüdlü İbadov Samir Böyükağa oğlunun  idarə etdiyi “VAZ-21015” markalı, 90-MR-223 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü  M.Tağıyev və həmin avtomobildə olan sərnişinlər, Masallı rayon sakinləri 1987-ci il təvəllüdlü Ramazanov Vüsal İxtiyar oğlu, 1988-ci il təvəllüdlü Rəhimov Amil Əliyar oğlu, habelə “VAZ-21015” markalı avtomobildə olan sərnişin 1984-cü təvəllüdlü Əliyev Naib Oqtay oğlu hadisə yerində ölüblər. Digər sürücü S.İbadov və sərnişinləri 1984-cü il təvəllüdlü İbadov Amin Böyükağa oğlu, Nəsirov Ziya Etibar oğlu, Yunusov Mahir Vəkil oğlu, habelə M.Tağıyevin sərnişinləri 1984-cü il təvəllüdlü Teymurov Teymur Səadət oğlu və 1986-cı il təvəllüdlü Məcidov Vüsal Məcid oğlu xəsarət alaraq Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

xəbərlərin arxivi