21 sentyabr 2012-ci il tarixdə Fizuli rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

21 sentyabr 2012-ci il

21 sentyabr 2012-ci il tarixdə saat 15:40 radələrində Fizuli rayonunun Qarabağ kəndi ərazisində 1966-cı il təvəllüdlü Alxanlı kənd sakini Hümbətov Cəmiyyət Əbil oğlu “Mercedes-Benz” markalı, 99-CH-611 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onu aşırıb.
Qəza nəticəsində sürücü və avtomobilində olan sərnişin, 1964-cü il təvəllüdlü həmkəndlisi Ağayev Şıxəli Tofiq oğlu hadisə yerində ölüb, xəsarət almış 1968-ci il təvəllüdlü digər sərnişin Hacıyeva İlhamə Azay qızı isə xəstəxanaya çatdırılıb.

xəbərlərin arxivi