29 sentyabr 2012-ci il tarixdə Fizuli rayonu ərazisində 6 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

29 sentyabr 2012-ci il

29 sentyabr 2012-ci il tarixdə saat 13:00 radələrində Hacıqabul-Mincivan yolunun Fizuli rayonu, Bala Bəhmənli kəndi ərazisindən keçən 151-ci km-də Fizuli rayon sakinləri, 1989-cu il təvəllüdlü Quliyev Sərvər Tapdıq oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 99-BV-422 dövlət qeydiyyat nişanlı avtomobillə 1970-ci il təvəllüdlü Məmmədov Habil Famil oğlunun  idarə etdiyi “Siat İbiza” markalı, 99-CX-286 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin 1989-cu il təvəllüdlü Fizuli rayon sakini İsmayılov Alik Firidun oğlu, “Siat İbiza” markalı avtomobilin sürücüsü  və həmin avtomobildə olan sərnişinlər, Fizuli rayon sakinləri, 1997-ci il təvəllüdlü Məmmədova Tünzalə Habil qızı, 1969-cu il təvəllüdlü İsmayılova Şövkət Abdulla qızı, 2012-ci il təvəllüdlü Əliyev Murad Elvin  oğlu hadisə yerində ölüblər. “Siat İbiza” markalı avtomobildə olan digər sərnişinlər 1986-cı il təvəllüdlü Əliyev Elvin Allahverdi oğlu, 1995-ci il təvəllüdlü Məmmədova Lamiyə Habil qızı və 2001-ci il təvəllüdlü Məmmədov Vüsal  Habil oğlu xəsarət alaraq xəstəxanaya çatdırılıblar.
      Faktla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi