30 sentyabr 2012-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

30 sentyabr 2012-ci il

30 sentyabr 2012-ci il tarixdə saat 20:55 radələrində Xətai və H.Əliyev prospektlərinin kəsişməsində Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Bayramov Tural Məmməd oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 20-DB-396 dövlət qeydiyyat nişanlı avtomobillə 3 piyadanı vurub.
Qəza nəticəsində Gəncə şəhər sakinləri, 1938-ci il təvəllüdlü Əsgərova Urux Məcid qızı, 1974-cü il təvəllüdlü Vəliyeva Vəfa Ramiz qızı və 2000-ci il təvəllüdlü Vəliyeva Xatın Könül qızı ölüblər.
Faktla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi