04 oktyabr 2012-ci il tarixdə Goranboy rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

04 oktyabr 2012-ci il

04 oktyabr 2012-ci il tarixdə saat 21:50 radələrində Bakı-Qazax-Gürcüstan  sərhəd yolunun Goranboy rayonu ərazisindən keçən 314-cü km-də 1976-cı il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Halil İbrahim Sadiq oğlunun Bakı şəhəri istiqamətində idarə etdiyi “Skaniya” markalı, 61K9659 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1956-cı il təvəllüdlü Yevlax rayon sakini Mehdiyev Səhman Çoban oğlunun idarə etdiyi “Belarus” markalı, 66T-194 dövlət qeydiyyat nişanlı traktor toqquşub.
Qəza nəticəsində traktorun sürücüsü S.Mehdiyev və  sərnişini, 1996-cı il təvəllüdlü Yevlax rayon sakini Mehdiyev Sadiq Yunis oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

xəbərlərin arxivi