24 oktyabr 2012-ci il tarixdə paytaxtın Yasamal rayonu ərazisində 2 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

24 oktyabr 2012-ci il

24 oktyabr 2012-ci il tarixdə saat 22:10 radələrində yeni dairəvi yolun  Yasamal rayonu ərazisindən keçən hissəsində 1961-ci il təvəllüdlü Ağdam rayon sakini Şirinov Mübariz Arif oğlunun Bakı-Naxçıvan marşrutu üzrə idarə etdiyi “Mercedes-Benz” markalı, 10-JT-721 dövlət qeydiyyat nişanlı, şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi “Hyunday” markalı sərnişin avtobusları, 1958-ci il təvəllüdlü Bakı şəhər sakini Kərimov Rəfail Paşa oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-CG-973 dövlət qeydiyyat nişanlı, 1968-ci il təvəllüdlü Bakı şəhər sakini Rzayev Qəşəm Aman oğlunun idarə etdiyi “Tofaş” markalı, 10-MS-849 dövlət qeydiyyat nişanlı, 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Əmrullayev Nürəddin Niyazəddin oğlunun idarə etdiyi “Vaz-21010” markalı, 10-HD-979 dövlət qeydiyyat nişanlı, 1966-cı il təvəllüdlü Bakı şəhər sakini Abbasov Nizami Məmməd oğlunun idarə etdiyi “Opel-Vektra” markalı, 90-CP-834 dövlət qeydiyyat nişanlı minik avtomobilləri,1976-cı il təvəllüdlü Qəbələ rayon sakini Seyidov Elşən Allahverdi oğlunun idarə etdiyi “Ford-Karqo” markalı, 10-JV-947 dövlət qeydiyyat nişanlı, 1979-cu il təvəllüdlü Ağsu rayon sakini Qasımov Xəlil Qalıq oğlunun idarə etdiyi “Qazel” markalı, 10-SD-133 dövlət qeydiyyat nişanlı yük avtomobilləri toqquşublar. Toqquşma zamanı “Mercedes-Benz”, “Hyunday” markalı sərnişin avtobusları, “Mercedes-Benz” markalı minik avtomobili və “Qazel” markalı yük avtomobili qəza zamanı baş verən alovlanmadan hadisə yerində yanıblar.
Qəza nəticəsində “Mercedes-Benz” markalı sərnişin avtobusunun sürücüsü M.Şirinov və orada olan piyada 1972-ci il təvəllüdlü Tovuz rayon sakini Şirinov Hafiz Əli oğlu hadisə yerində ölüblər, “Qazel” və “Ford-Karqo” markalı yük avtomobillərinin sürücüləri, habelə digər avtomobillərdə olan sərnişinlər, 1964-cü il təvəllüdlü Bakı şəhər sakini Yusubov Tahir Manaf oğlu, 1985-ci il təvəllüdlü Cəlilabad rayon sakini Məmmədov Mircəmil Firudin oğlu, 1952-ci il təvəllüdlü Gəncə şəhər sakini Abbasov Rəis Salman oğlu, 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Lətifov Əli Məhyəddin oğlu, 1953-cü il təvəllüdlü Şahbuz rayon sakini Quliyev Qulu Vəli oğlu, 1972-ci il təvəllüdlü Bakı şəhər sakini İsmayılov Murad Kamal oğlu, 1955-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Hüseynov Məhəmməd Seyfəddin oğlu xəsarət alaraq xəstəxanaya çatdırılıblar.
          Faktla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi