Məlumatlar 23 noyabr 2017-ci il

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

24 oktyabr 2012-ci il tarixdə Ucar rayonu ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

24 oktyabr 2012-ci il

24 oktyabr 2012-ci il tarixdə saat 19:30 radələrində Bakı-Qazax-Gürcüstan  sərhədi yolunun Ucar rayonu, Qulabənd kəndi ərazisindən keçən 243-cü km-də 1960-cı il təvəllüdlü Yevlax rayon sakini Mikayılov Nakim Həsən oğlunun Bakı şəhəri istiqamətində idarə etdiyi “VAZ-21043” markalı, 61-BD-498 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə əks istiqamətdə hərəkətdə olan 1962-ci il təvəllüdlü Ucar rayon sakini Rüstəmov Fəzayıl Əlisaab oğlunun idarə etdiyi “VAZ-21063” markalı, 10-XX-206 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü hadisə yerində, “VAZ-21043” markalı avtomobildə olan sərnişin 1960-cı il təvəllüdlü Yevlax rayon sakini Baxışalıyev Mehman Hüseyn oğlu isə xəstəxanada ölüb, “VAZ-21063” markalı avtomobildə olan digər sərnişin, 2010-cu il təvəllüdlü Ucar rayon sakini Rüstəmov Fəzayıl Elvüsal oğlu xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
          Faktla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi