Məlumatlar 23 noyabr 2017-ci il

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

23 oktyabr 2012-ci il tarixdə Ağdam rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

23 oktyabr 2012-ci il

23 oktyabr 2012-ci il tarixdə saat 16:00 radələrində Quzanlı-Xındırıstan yolunda 1978-ci il təvəllüdlü Ağdam rayon sakini Muxtarov Zahir Tahir oğlu idarə etdiyi “VAZ-2106” markalı, 10-HV-373 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü və sərnişini olan 1986-cı il təvəllüdlü həyat yoldaşı Muxtarova Bahar Manaf qızı hadisə yerində ölüblər, digər sərnişinlər 1986-ci il təvəllüdlü Muxtarov Anar Tahir oğlu, 2009-cu il təvəllüdlü Muxtarova Nərmin Zahir qızı və 2010-cu il təvəlludlu Muxtarova Nəzrin Zahir qızı xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
          Faktla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi