31 oktyabr 2012-ci il tarixdə paytaxtı Yasamal rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

31 oktyabr 2012-ci il

  31 oktyabr 2012-ci il tarixdə saat 00:20 radələrində, paytaxtın Yasamal rayonu ərazisindəki Azərbaycan prospektində Kürdəmir şəhər sakini, 1981-ci il təvəllüdlü Babayev Anar Qubad oğlunun idarə etdiyi “Nissan-Tiana” markalı, 90-DG-099 dövlət qeydiyyat nişanlı avtomobillə Kovalyov Aleksandr Oleqoviçin idarə etdiyi Omeqa markalı motosiklet toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü və sərnişini Cəfərov Boris Böyükağa oğlu hadisə yerində ölüblər.
 Faktla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi