03 noyabr 2012-ci il tarixdə Yevlax rayonu ərazisində 2 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

03 noyabr 2012-ci il

03 noyabr 2012-ci il tarixdə saat 15:00 radələrində Aran-Mingəçevir  yolunun Aran qəsəbəsi ərazisindən keçən 2-ci km-də 1990-cı il təvəllüdlü Beyləqan rayon sakini Əliyev Etibar Şükür oğlunun idarə etdiyi “Mersedes-Benz” markalı, 10-KZ-642 dövlət qeydiyyat nişanlı avtomobillə 1981-ci il təvəllüdlü Tərtər şəhər sakini Əliyev Elməddin Qədir oğlunun əks istiqamətdə idarə etdiyi “Vaz-2107” markalı, 30-BC-920 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Vaz-2107” markalı avtomobilin sürücüsü E.Əliyev və sərnişini, 1950-ci il təvəllüdlü anası, Tərtər rayon sakini Əliyeva Qənirə Bəylər qızı hadisə yerində ölüblər, digər sərnişinlər Tərtər rayon sakinləri 1932-ci il təvəllüdlü Quliyeva Həqiqət Niftalı qızı, 1978-ci il təvəllüdlü Quliyeva Elnarə Qədir qızı, 1975-ci il təvəllüdlü Quliyev Natıq Musa oğlu və onun oğlanları 2000-ci il təvəllüdlü Namiq və 2001-ci il təvəllüdlü Nahid xəsarət alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
     Faktla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi