14 noyabr 2012-ci il tarixdə Ağcəbədi rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

14 noyabr 2012-ci il

14 noyabr 2012-ci il tarixdə saat 01:00 radələrində Ağcəbədi-Ağdam yolunun 7-ci km-də Hacıbədəlli kəndinin ərazisində 1987-cı il təvəllüdlü kənd sakini Muradov Sahib İnqilab oğlu idarə etdiyi “Vaz-21015” markalı, 90-NM-389 dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarındakı ağaca vurub.
 Qəza nəticəsində avtomobildə olan sərnişinlər, Hacıbədəlli kənd sakinləri 1984-cü il təvəllüdlü Qasımov Arif Cümşüd oğlu və 1988-ci il təvəllüdlü Məhərrəmzadə Elvin Əkbər oğlu hadisə yerində ölüblər, sürücü və digər sərnişin 1985-ci il təvəllüdlü Murtuzov Huseyn Nurəddin oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.          
  Faktla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi