12 noyabr 2012-ci il tarixdə paytaxtın Suraxanı rayonu ərazisində 2 nəfərin ölümü, Abşeron rayonu ərazisində isə 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

12 noyabr 2012-ci il

12 noyabr 2012-ci il tarixdə saat 00:30 radələrində paytaxtın Suraxanı rayonu, Hövsan şosesində 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Həsənov Fərid Hüseyin oğlu idarə etdiyi “Vaz-21012” markalı, 02-BX-948 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idarə etməni itirərək yolun kənarındakı yarğana aşıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin, 3 yaşlı qızı Firəngiz hadisə yerində ölüblər.
Digər yol-nəqliyyat hadisəsi saat 17:00 radələrində Abşeron rayonunun Mehdiabad-Pirşagı avtomobil yolunda qeydə alınıb.  1956-cı il təvəllüdlü Bakı şəhər sakinləri Yusifov Xosrov Tağı oğlunun idarə etdiyi “Qaz-3110” markalı, 10-FS-580 dövlət qeydiyyat nişanlı avtomobillə 1975-ci il təvəllüdlü Bəyməmmədov Sərdar Hacı oğlunun əks istiqamətdə idarə etdiyi “Vaz-21074” markalı, 10-VN-497 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Vaz-2107” markalı avtomobilin sürücüsü S. Bəyməmmədov və avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Qasımov Tural Ədalət oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər, “Qaz-3110” markal avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1968-ci il təvəllüdlü Bakı şəhər sakini Məmmədov Sənan Əliqəmbər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktlarla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi