11 noyabr 2012-ci il tarixdə paytaxtın Yasamal rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

11 noyabr 2012-ci il

11 noyabr 2012-ci il tarixdə saat 01:00 radələrində paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsində 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Atakişiyev Əliheydər Yusif oğlunun idarə etdiyi “BMY” markalı, 10-MS-540 dövlət qeydiyyat nişanlı avtomobillə 1987-ci il təvəllüdlü Qobu rayon sakini Abbasov Famil Yadigar oğlunun idarə etdiyi motosiklet toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü və motosikletdə olan sərnişin 1990-cı il təvəllüdlü Mehbalıyev Baba Kamal oğlu hadisə yerində ölüblər, digər sərnişin 1992-ci il təvəllüdlü Bakı şəhər sakini Dostməmmədov Əli Vəzirxan oğlu xəsarət alaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi