09 noyabr 2012-ci il tarixdə paytaxtın Sabunçu rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

09 noyabr 2012-ci il

09 noyabr 2012-ci il tarixdə saat 14:30 radələrində Maştağa-şəhər şossesində 1965-ci il təvəllüdlü Bakı şəhər sakinləri Şükürov Şükür Əzim oğlunun idarə etdiyi, 107 nömrəli marşrut xətti üzrə işləyən “Daewoo” markalı, 10-GE-407 dövlət qeydiyyat nişanlı avtobusla 1971-ci il təvəllüdlü Quliyev Mübariz Vaqif oğlunun idarə etdiyi “Vaz-21011” markalı, 10-FZ-385 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Vaz-21011” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər, atası 1945-ci il təvəllüdlü Quliyev Vaqif Haqverdi oğlu və anası 1947-ci il təvəllüdlü Quliyeva Rəfiqə Cəlil qızı hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi