24 noyabr 2012-ci il tarixdə Qax rayonu ərazisində 3 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

24 noyabr 2012-ci il

24 noyabr 2012-ci il tarixdə saat 23:00 radələrində Qax-Qum yolunun 6-cı km-də, 1992-ci il təvəllüdlü Şirvan rayon sakini Nəzərov Asif Zakir oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 90-DT-384 dövlət qeydiyyat nişanlı avtomobili Süskənd körpusundən aşırıb.  

Qəza nəticəsində avtomobildə olan sərnişinlər, 1985-ci il təvəllüdlü Qax rayon sakini Abbasov Novruz İsa oğlu, 1979-cu il təvəllüdlü Sabirabad rayon sakini Əkbərov Hikmət Qismət oğlu, 1983-cü il təvəllüdlü Şirvan rayon sakini Qasımov Nazim Nizami oğlu aldığları xəsarətlərdən hadisə yerində ölüblər, avtomobilin sürcüsü A.Nəzərov və digər sərnişinlər, 1990-cı il təvəllüdlü Şirvan rayon sakini Zeynalov İlham Allahverdi oğlu, 1989-cu il təvəllüdlü Qax rayon sakini Bayramov Pərvin Xalis oğlu xəsarət alaraq Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.  

Faktla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi