23 noyabr 2012-ci il tarixdə Ağdaş rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

23 noyabr 2012-ci il

23 noyabr 2012-ci il tarixdə saat 17:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 250-ci km-də, Ağdaş rayon sakinləri 1967-ci il təvəllüdlü Əliyev Mürvət Həmid oğlunun idarə etdiyi “BMW” markalı, H003443 dövlət qeydiyyat nişanlı avtomobillə 1972-ci il təvəllüdlü Eyyubov Elbrus Şahəddin oğlunun əks istiqamətdə idarə etdiyi “Mercedes-Benz” markalı, 90-CN-465 dövlət qeydiyyat nişanlı avtobus toqquşub.

Qəza nəticəsində “BMW” markalı avtomobilin sürücüsü M.Əliyev və avtomobildə olan sərnişinlər, Ağdaş rayon sakinləri 1966-cı il təvəllüdlü Məmmədov Maarif Masum oğlu, 1992-ci il təvəllüdlü Orucov Azər Xaməddin oğlu aldığları xəsarətlərdən hadisə yerində ölüblər, digər sərnişin, 1964-cü il təvəllüdlü Orucov İlqar Xaməddin oğlu və avtobusun sərnişini, 1934-cü il təvəllüdlü Məmmədov İlyas Dəsi oğlu xəsarət alaraq Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.  

Faktla bağlı araşdırmalar.

xəbərlərin arxivi