01 dekabr 2012-ci il tarixdə Kürdəmir rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

01 dekabr 2012-ci il

01 dekabr 2012-ci il tarixdə saat 18:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Kürdəmir rayonu ərazisindən keçən 207-ci km-də 1981-ci il təvəllüdlü Goranboy rayon sakini Boyükkişiyev Elçin İlyas oğlunun idarə etdiyi “Kamaz-55111” markalı, 22-BG-884 dövlət qeydiyyat nişanlı avtomobillə 1953-cü il təvəllüdlü Göyçay rayon sakini Musayev Əfqan Abduləhəd oğlunun əks istiqamətdə idarə etdiyi “VAZ-2107” markalı, 10-SK-027 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

      Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü Ə.Musayev və sərnişin, oğlu 1982-ci il təvəllüdlü Musayev Vüsal aldığları xəsarətlərdən hadisə yerində ölüblər.

 Faktla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi