14 dekabr 2012-ci il tarixdə Zərdab rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

14 dekabr 2012-ci il

14 dekabr 2012-ci il tarixdə saat 19:00 radələrində Zərdab Ucar yolunun 10-cu km-də 1962-ci il təvəllüdlü Ucar rayon sakini Ələkbərov Allahverdi Məmməd oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-HD-287 dövlət qeydiyyat nişanlı avtomobillə 1974-cü il təvəllüdlü Yevlax rayon sakini Kərimov Mikayıl Zülfi oğlunun idarə etdiyi “Kamaz-5410” markalı, 66-BH-515 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü A.Ələkbərov və avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Göycay rayon sakini Məmmədov Yusif Alı oğlu aldığları xəsarətlərdən hadisə yerində ölüblər.  

Faktla bağlı araşdırma aparılır

xəbərlərin arxivi