Məlumatlar 23 noyabr 2017-ci il

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

16 dekabr 2012-ci il tarixdə Şəmkir rayonu ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

16 dekabr 2012-ci il

16 dekabr 2012-ci il tarixdə saat 19:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu ərazisindən keçən 389-cu km-də 1961-ci il təvəllüdlü Tovuz rayon sakini Muxtarov İlham Lətif oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 20-CS-016 dövlət qeydiyyat nişanlı avtomobillə 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev Orxan Camaləddin oğlunun idarə etdiyi “KİA-OPTİMA” markalı, 20-DB-621 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü İ. Muxtarov və avtomobildə olan sərnişinlər, Tovuz rayon sakinləri, 1959-cu il təvəllüdlü Muşrafanova Rima Vilayət qızı, 2010-cu il təvəllüdlü Muxtarova Asya Xalid qızı hadisə yerində ölüblər, 2007-ci il təvəllüdlü Muxtarov Tunar Xalid oğlu isə xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi