18 dekabr 2012-ci il tarixdə Xaçmaz rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

18 dekabr 2012-ci il

18 dekabr 2012-ci il tarixdə saat 00:10 radələrində Gəndab-Yalama yolunun 37-ci km-də Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissədə 1958-ci il təvəllüdlü Xaçmaz rayon sakini Mahmudov Malik Sədulla oğlunun Yalama istiqamətində idarə etdiyi “Mercedes-Benz C-180” markalı, 99-CZ-286 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə əks istiqamətdə hərəkətdə olan 1981-ci il təvəllüdlü Xaçmaz rayon sakini Həsənov Babək Nəzər oğlunun idarə etdiyi “Tofaş Şahin” markalı, 10-UK-543 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “Tofaş Şahin” markalı avtomobilin sürücüsü B.Həsənov və   “Mercedes-Benz” markalı avtomobildə olan sərnişin, 1957-ci il təvəllüdlü Xaçmaz rayon sakini Cavadov Nizam Şahbuz oğlu hadisə yerində ölüblər,  “Mercedes-Benz” markalı avtomobilin sürücüsü M.Mahmudov və sərnişinləri, Xaçmaz rayon sakinləri 1960-cı il təvəllüdlü Məmmədov Kamran Abdul oğlu,  1957-ci il təvəllüdlü Mursalov Laçın Şıxmurad oğlu xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi