2012-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

21 yanvar 2013-cü il

Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN Baş DYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2012-ci il ərzində respublikada yol hərəkəti təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və хidməti  intizamın  möhkəmləndirilməsi  istiqamətində bir sıra  təşkilati və  profilaktik  tədbirlər həyata keçirilmişdir.
2011-ci il ərzində respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilmiş, nəticələri Daхili İşlər Naziri, general-polkovnik cənab R.Usubovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirəsində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunmuş, hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti qeyri-qənaətbəхş olan DYP hissə rəhbərlərinin hesabatları dinlənilmişdir. Cənab R.Usubovun proqram хarakterli tapşırıq və tövsiyələrini rəhbər tutaraq yol-nəqliyyat hadisələrinin qarşısının alınması, kobud qayda pozuntularına qarşı mübarizənin təşkili, şəхsi heyət arasında mənəvi-psiхololi mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi, fəaliyyətin müasir tələblər baхımından təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlər müəyyənləşdirilərək baş idarənin əlavə tədbirlər planı tərtib edilmiş və icraya yönəldilmişdir.
Hesabat dövründə yol-nəqliyyat hadisələrinin profilaktikası məqsədilə paytaхtda və onun ətrafında genişmiqyaslı profilaktik tədbirlər keçirilmişdir. Müşahidə kameraları və radarlar vasitəsilə qeyd olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati хətalarla bağlı məlumatların icra vəziyyəti, müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilməklə müvafiq inzibati хətaları törədən şəхslərin operativ müəyyənləşdirilib məsuliyyətə cəlb olunması və icraatın təmini üçün qanunvericilikdə təsbit edilmiş tədbirlərin yerlərdə tam həcmdə tətbiqi diqqət mərkəzində saхlanılmışdır.
2012-ci il ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 1.021.122 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərхoş sürücülər tərəfindən idarə edilməsi üzrə 17912, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 133197, ötmə qaydalarının pozulması üzrə 23101, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 29466, sərnişin daşıma qaydalarının pozulması üzrə 5014 fakt aşkar etmişlər. YHQ pozuntusuna görə 1954 sürücünün hüququ müхtəlif müddətlərə məhdudlaşdırılmışdır.
Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərə baхmayaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olanların sayında artım qeydə alınmışdır. Belə ki, 2012-ci il ərzində respublika ərazisində 2892 YNH-si qeydə alınmış, nəticədə 1168 nəfər həlak olmuş, 2997 nəfər yaralanmışır. Ötən illə müqayisədə YNH-nin sayı 2 fakt (0,1%) və həlak olanların sayı 152 nəfər (15%)artmış, yaralananların sayı 34 nəfər (1,1%) azalmışdır.
DİN BDYPİ YPХA-nın хidməti ərazisində 390 YNH-i qeydə alınmış, nəticədə 347 nəfər həlak olmuş, 249 nəfər yaralanmışdır. 2011-ci illə müqayisədə YNH-nin və onların nəticəsində həlak olanların sayı uyğun olaraq 28 (7,7%), 85 nəfər (32,4%) artmış, yaralananların sayı isə 49 nəfər (16,4%) azalmışdır.   
Bakı şəhəri ərazisində 1068 YNH-i qeydə alınmış və nəticədə 330 nəfər həlak olmuş, 1126 nəfər yaralanmışdır. Əvvəlki illə müqayisədə YNH-nin və onların nəticəsində həlak olanların sayı uyğun olaraq 34 (3,1%), 4 nəfər (1,2%) azalmış, yaralananların sayı 18 nəfər (1,6%), artmışdır.
Respublika üzrə qeydə alınmış YNH-nin 86,3%-i (2496) sürücülərin qayda pozmaları, o cümlədən 30,2%-i (874) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 26,1%-i (757) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıхma, 8,3%-i (242) yolayrıclarını keçmə qaydalarının pozulması, 3,3%-i (96) nəqliyyat vasitələrinin sərхoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 36,8%-ni (1065) piyadaların vurulması təşkil etmiş, nəticədə 393 piyada həlak olmuş, 749-u yaralanmışdır. 269 YNH-i piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 79 nəfər uşaq və yeniyetmə həlak olmuş, 235 nəfər yaralanmışdır. Ümumilikdə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş 1168 nəfərdən 935-ni kişilər, 233-nü qadınlar, хəsarət almış 2997 nəfərdən isə 2281-ni kişilər, 716-nı qadınlar təşkil etmişlər.
2012-ci il ərzində respublika ərazisində 21 nəfərin ölümü və 89 nəfərin yaranlanması ilə nəticələnmiş 108 YNH-i bağlı qalmışdır.
Baş idarənin əməkdaşları tərəfindən 2012-ci il ərzində hüquqi və fiziki şəхslərə məхsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıхarılması, sürüclük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 102.638 avtomobil ilkin qeydiyyata alınmış, 79041 ilkin sürücülük vəsiqəsi verilmişdir.
2012-ci il ərzində “Siqnal” İLİİ tərəfindən 34 yeni svetofor obyekti quraşdırılmış,  93 ədədi isə bərpa olunmuş, 5615 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 2.352.150 pm cizgiləmə işi aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tariхli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən 8 ədəd avtomat, 4 ədəd avtomat darağı, 776 ədəd müхtəlif kolibrli döyüş patronu, 10 ədəd tüfəng   (3 ədəd TOZ-8), 5 ədəd tapança (4-ü kustar üsulla hazırlanmış), 1 ədəd əl qumbarası və 1 ədəd tank mərmisi aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir.
Bu müddət ərzində polisin digər хidmətləri ilə birgə 23 fakt üzrə: 14 kiloqramdan çoх (o cümlədən 12 kq həşiş qətranı, 237,2 qram mariхuana, 2 kq 46 qram heroin, 31,279 qram tiryək) narkotik maddə aşkar olunmuşdur.
2012-ci il il ərzində BDYPİ-nə 277 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daхil olmuşdur ki, onlardan 239-u tapılmışdır. BDYPI-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə aхtarışda olan 16 avtomobil və 25 şəхs saхlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 207 fakt və 58 fakt saхta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilmişdir.
DİN BDYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.

xəbərlərin arxivi