22 yanvar 2013-ci il tarixdə Yevlax rayonu ərazisində 3 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

22 yanvar 2013-cü il

22 yanvar 2013-ci il tarixdə saat 05:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən 304-cü km-də 1968-ci il təvəllüdlü Abşeron rayon sakini Qasımov Eldar Əli oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 10-CL-856 dövlət qeydiyyat nişanlı avtomolillə 1984-cü il təvəllüdlü Daşkəsən rayon sakini Cəfərov Xəyal Hüseyn oğlunun idarə etdiyi “Volkswagen- Passat” markalı, 20-CN-299 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü E. Qasımov və avtomobildə olan sərnişinlər Abşeron rayon sakinləri, 1955-ci il təvəllüdlü Məhərrəmova Dilarə Əli qızı, 1970-ci il təvəllüdlü Məhərrəmova Bağdad Əli qızı hadisə yerində ölüblər, digər sərnişinlər 1988-ci il təvəllüdlü Gədəbəy rayon sakini Məmmədova Mirvari İlqar qızı, 2001-ci il təvəllüdlü Məhərrəmov Mehrab Etibar oğlu, 2012-ci il təvəllüdlü Məhərrəmov Zaur Sərxan oğlu xəsarət alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına, “Volkswagen- Passat” markalı avtomobilin sürücüsü isə 3 saylı Gəncə Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi