05 fevral 2013-cü il tarixdə Salyan rayonu ərazisində 5 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

05 fevral 2013-cü il

05 fevral 2013-cü il tarixdə saat 15:30 radələrində Bakı-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisindən keçən 56-cı km-də 1983-cü il təvəllüdlü Biləsuvar rayon sakini Bayramov Rustəm Ramiz oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-LK-481 dövlət qeydiyyat nişanlı avtomobillə 1959-cu il təvəllüdlü Salyan rayon sakini Vahidov Rafiq Cəfər oğlunun idarə etdiyi “Ford” markalı, 90-AD-369 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “Mercedes-Benz” markalı avtomobildə olan sərnişinlər 1975-ci il təvəllüdlü Neftcala rayon sakini Abseynov Müşviq Akif oğlu, Biləsuvar rayon sakinləri 1987-ci il təvəllüdlü Əsgərov Saməddin Əlləddin oğlu, 1980-ci il təvəllüdlü Əliyev Samir Əlizamin oğlu, 1993-cü il təvəllüdlü İbayev Raul Mirzəxan oğlu və Ford markalı avtomobilin sərnişini Salyan rayon sakini 1978-ci il təvəllüdlü Əliyev Vidadi İnşalla oğlu hadisə yerində ölüblər, hər iki avtomobilin sürücüsü və Ford markalı avtomobildə olan Salyan rayon sakini 2007-ci il təvəllüdlü Əliyeva Ayşən Vidadi qızı xəsarət alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi