17 fevral 2013-cü il tarixdə Ucar rayonu ərazisində 4 nəfərin ölümü, 1 nəfərin yaralanması, Beyləqan rayonu ərazisində isə 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

17 fevral 2013-cü il

17 fevral 2013-cü il tarixdə saat 07:15 radələrində, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ucar rayonu ərazisindən keçən 254-cü km-də 1992-ci il təvəllüdlü Göygöl rayon sakini Məmmədov Elçin Həsənxan oğlu Bakı şəhəri istiqamətində idarə etdiyi “Nissan-Teana” markalı, 99-DS-680 dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatı apararkən qarşıdan gələn 1985-ci il təvəllüdlü Daşkəsən rayon sakini İbrahimov Rahim Müslüm oğlunun idarə etdiyi “Shacman” markalı, 90-RZ-871 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşduqdan sonra 1961-ci il təvəllüdlü Bərdə rayon sakini Nuruşov Asif Surxay oğlunun idarə etdiyi “Vaz-21099” markalı, 09-BH-616 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Toqquşmadan bir neçə dəqiqə sonra Baki şəhəri istiqamətindən gələn 1962-ci il təvəllüdlü Ucar rayon sakini Abdullaev Elman Hümbət oğlunun idarə etdiyi “Vaz-2106” markalı, 61-BA-459 dövlət qeydiyyat nişanlı avtomobil hadisə zamanı qəzaya uğramış yük avtomobil ilə toqquşub.

Qəza nəticəsində “Nissan-Teana” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər, Gəncə rayon sakinləri 1966-cı il təvəllüdlü Məmmədov Həsənxan Paşa oğlu, 1968-ci il təvəllüdlü Məmmədova Aygün Cahangir qızı, Göygöl rayon sakini 1994-cü il təvəllüdlü Verdiyev Xəyal oğlu hadisə yerində ölüblər, “Vaz-2106” markalı avtomobilin sürücüsü isə xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Digər yol-nəqliyyat hadisəsi həmin gün saat 23:00 radələrində Daşburun-Yuxarı Qarabağ kanalı yolunun Beyləqan rayonu ərazisindən keçən 19-cu km-də 1986-cı il təvəllüdlü Beyləqan rayon sakinləri Sadıqov Ruslan Abutalıb oğlunun idarə etdiyi “Vaz-2106” markalı, 10-LT-016 dövlət qeydiyyat nişanlı avtomobillə 1986-cı il təvəllüdlü Cavadlı Orxan Raub oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 99-BX-045 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sərnişinləri 1993-cü il təvəllüdlü Lənkəran rayon sakini İsmayıllı Mirbəşir Vüqar oğlu hadisə yerində, digər sərnişin 1987-ci il təvəllüdlü Beyləqan rayon sakini İsmayılov Fuad Rizvan oğlu isə çatdırıldığı xəstəxanada ölüblər.

Faktlarla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi