04 mart 2013-cü il tarixdə paytaxtın Nizami rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

04 mart 2013-cü il

04 mart 2013-cü il tarixdə saat 23:50 radələrində paytaxtın Nizami rayonunun M.Əliyev küçəsində 1988-ci il təvəllüdlü Zəngilan rayon sakini Məmmədov Abid Fazil oğlunun idarə etdiyi “Vaz-2107” markalı, 10-LH-775 dövlət qeydiyyat nişanlı avtomobillə 1962-ci il təvəllüdlü Ağdam rayon sakini Məmmədov Taleh Allahverdi oğlunun idarə etdiyi “Kamaz” markalı, 10-SD-583 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşmuşdur.  
Qəza nəticəsində “VAZ-2107” markalı avtomobildə olan sərnişinlər 1991-ci il təvəllüdlü Kürdəmir rayon sakini Sadıqov Mirağa Nağı oğlu və 1989-cu il təvəllüdlü Yevlax rayon sakini Əzimov Münasib Sehran oğlu hadisə yerində ölüb, həmin avtomobilin sürücüsü isə xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi