Məlumatlar 23 noyabr 2017-ci il

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

09 mart 2013-cü il tarixdə Zaqatala rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

09 mart 2013-cü il

09 mart 2013-cü il tarixdə saat 19:00 radələrində Bakı-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonu ərazisindən keçən 112-ci km-də 1982-ci il təvəllüdlü Qəbələ rayon sakini Kudzhayev Nizami Abdusalamoviçin idarə etdiyi “İNFİNİTİ F35” markalı, 90-HG-515 dövlət qeydiyyat nişanlı avtomobillə 1981-ci il təvəllüdlü Zaqatala rayon sakini Bayramov Şahin Elman oğlunun idarə etdiyi “VAZ-21154” markalı, 90-ME-276 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-21154” markalı avtomobilin sürücüsü Ş.Bayramov hadisə yerində, “İNFİNİTİ F35” markalı avtomobilin sərnişini, 1960-cı il təvəllüdlü Qəbələ rayon sakini Qocayeva Firəngiz Nuralı qızı isə yaralı vəziyyətdə çatdırıldığı Zaqatala Mərkəzi Rayon Xəstəxanasında hadisədən 7 saat sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi