14 mart 2013-cü il tarixdə Şəmkir rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

14 mart 2013-cü il

14 mart 2013-cü il tarixdə saat 20930 radələrində Kür-Şəmkir avtomobil yolunun 2-cı km-də 1996-cı il təvəllüdlü Şəmkir rayon sakinləri Abbasov Ayxan Elxan oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 10-MJ-910 dövlət qeydiyyat nişanlı avtomobillə 1982-ci il təvəllüdlü Səfərov Qədir Rəhim oğlunun idarə etdiyi “İKARUS” markalı, 10-HM-074 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Qəza nəticəsində “VAZ-21074” markalı avtomobilin sürücüsü hadisə yerində, onun sərnişini, 1996-cı il təvəllüdlü Cəfərov Samir Elxan oğlu isə yaralı vəziyyətdə çatdırıldığı Şəmkir Mərkəzi Rayon Xəstəxanasında ölüb.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi