16 mart 2013-cü il tarixdə paytaxtın Xətai rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

16 mart 2013-cü il

16 mart 2013-cü il tarixdə saat 18:10 radələrində paytaxtın Xətai rayonunun İ.İsmayılov küçəsində 1960-cı il təvəllüdlü Bakı şəhər sakini Paşayev Saday Qaçay oğlunun idarə etdiyi “VAZ-2101” markalı, 10-CU-384 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında dayanmış “Kamaz” markalı, 10-FK-051 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində “VAZ-2101” markalı avtomobilin sürücüsü və onun sərnişini, 1950-ci il təvəllüdlü Bakı şəhər sakini Rəhimov Nizami Məhəmməd oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi