25 mart 2013-cü il il tarixdə Kürdəmir rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması, Ağcabədi rayonu ərazisində isə 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

25 mart 2013-cü il

25 mart 2013-ci il tarixdə saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Kürdəmir rayonu ərazisindən keçən 185-ci km-də 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Səmədov Lətif Rafiq oğlunun idarə etdiyi “Tofaş” markalı, 10-MU-353 dövlət qeydiyyat nişanlı avtobil 1955-ci il təvəllüdlü Daşkəsən rayon sakini Abdullayev Yaqub Musa oğlunun idarə etdiyi “VAZ-2109” markalı, 16-BA-300 dövlət qeydiyyat nişanlı və 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Piriyev Sahib Ərməz oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 10-KR-737 dövlət qeydiyyat nişanlı avtobillərlə toqquşub.

Qəza nəticəsində “VAZ-2109” markalı avtomobilin sürücüsü və “Tofaş” markalı avtomobilin sərnişini 1937-ci il təvəllüdlü Səmədov Rafiq Lətif oğlu hadisə yerində ölüblər, “Tofaş” markalı avtomobilin sürücü və onun sərnişinləri 1953-cü il təvəllüdlü Bakı şəhər sakinləri Səmədova Ülkər Cəlil qızı, 1988-ci il təvəllüdlü Səmədova Qərənfil Canpolad qızı xəstəxanaya çatdırılıblar.

Digər yol-nəqliyyat hadisəsi saat 19:20 radələrində Mingəçevir-Bəhramtəpə yolunun Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən 113-cü km-də baş verib. 1992-ci il təvəllüdlü Qabilov İsmət Vidadi oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 90-RR-387 dövlət qeydiyyat nişanlı avtobillə yolun kənarında dayanmış piyada Ağcabədi rayon sakinləri 1976-cı il təvəllüdlü Məmmədov Füzuli Məmməd oğlunu və 1980-ci il təvəllüdlü Şərifov Ruslan Əli oğlunu vuraraq yol kənarındakı tikilinin divarına çırpılıb.

Qəza nəticəsində hər iki piyada hadisə yerində ölüblər, sürücü və onun sərnişini 1992-ci il təvəllüdlü Ağcabədi rayon sakini Şəfiyev Rəmzi Arzuman oğlu xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Faktlarla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi