05 aprel 2013-cü il tarixdə Sumqayıt şəhəri ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

05 aprel 2013-cü il

05 aprel 2013-cü il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsi ərazisində 1983-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Nuriyev Ülvan Ağasəf oğlu idarə etdiyi “Mazda-6” markalı, 10-XL-025 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyadaları, Sumqayıt şəhər sakinləri 1954-ci il təvəllüdlü Qaflanaov Cabir Balamirzə oğlunu və qızı 2009-cu il təvəllüdlü Qaflanova Ayan Cabir qızını vurub.

Qəza nəticəsində hər iki piyada hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi