15 aprel 2013-cü il tarixdə İmişli rayonu ərazisində 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

15 aprel 2013-cü il

15 aprel 2013-ci il tarixdə saat 13:00 radələrində Bəhrəmtəpə-Ağsu yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən 78-ci km-də 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Yəhyayev Şahin Salman oğlunun idarə etdiyi “SHACMAN” markalı, 90-RU-373 dövlət qeydiyyat nişanlı yük avtobili ilə 1997-ci il təvəllüdlü İmişli rayon sakini Musayev Vüsal Beydulla oğlunun idarə etdiyi “VAZ-21015” markalı, 90-MX-415 dövlət qeydiyyat nişanlı avtobillə toqquşub.

Qəza nəticəsində “VAZ-21015” markalı avtomobilin sürücüsü və onun sərnişinləri, İmişli rayon sakinləri 1996-cı il təvəllüdlü Məmmədov Elşən Kamran oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Rahib Nizam oğlu və 1994-cü il təvəllüdlü Zeynalov Fətulla Əzizağa oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi