21 aprel 2013-cü il tarixdə paytaxtın Xəzər rayonunda və respublikanın Xaçmaz rayonlarının hər birinin ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib

21 aprel 2013-cü il

21 aprel 2013-cü il tarixdə saat 05:30 radələrində Bakı şəhəri, Xəzər rayonun Pirallahı qəsəbəsində 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Əhmədov Ruslan Oktayeviç idarə etdiyi “VAZ2107” markalı, 10-KV-691 dövlət qeydiyyat nişanlı avtomobili yoldan çıxaraq ağaca vurub.

Qəza nəticəsində avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Nuriyev Seyid Əbdülmütaliboviç hadisə yerində ölüblər.

Digər yol-nəqliyyat hadisəsi saat 01:00 radələrində Xaçmaz-Quba yolunun 4-cü km-də baş verib. Xaçmaz rayon sakini 1984-cü il təvəllüdlü Həmidov Dəyanət Nüsrəddin oğlu idarə etdiyi “VAZ-2109” markalı, 10-DC-211 dövlət qeydiyyat nişanlı avtomobili yoldan çıxaraq ağaca vurub.

Qəza nəticəsində sürücüsü və avtomobildə olan sərnişin 1985-ci il təvəllüdlü Lednyova Pərvanə Tehran qızı hadisə yerində ölüblər.

Faktlarla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi