2013-cü il may ayının 1-dən 5-dək ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, Bakı şəhəri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə 5 mərhələdən ibarət olan beynəlxalq velosiped turu keçiriləcəkdir.

29 aprel 2013-cü il

Velosiped turu may ayının 1-də Heydər Əliyev mərkəzinin qarşısında start götürəcək,  Heydər Əliyev mərkəzi – metronun “Koroğlu” stansiyası - Heydər Əliyev mərkəzi marşrutu üzrə 11 dəfə dövrə vurmaqla başa çatacaqdır. Turun ikinci mərhələsi may ayının 2-də Bakı şəhərində Şıx çimərliyi ilə üzbəüz ərazidəki Velosiped parkından start götürərək “Bakı – Abşeron – Qobustan – Şamaxı – İsmayıllı” marşrutu üzrə keçiriləcəkdir. Üçüncü mərhələ mayın 3-də “Qəbələ - Oğuz – Şəki – Oğuz- Qəbələ”, dördüncü mərhələ mayın 4-də “Qəbələ - Şamaxı”, beşinci - sonuncu mərhələ isə mayın 5-də Azadlıq meydanından start götürərək Bakı şəhərinin mərkəzi küçələri ilə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaqdır.

Bununla əlaqədar qeyd olunan vaxtlarda tədbirin keçiriləcəyi ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. 


xəbərlərin arxivi