28 aprel 2013-cü il tarixdə paytaxtın Sabunçu rayonu ərazisində 3 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

28 aprel 2013-cü il

28 aprel 2013-cü il tarixdə saat 23:20 radələrində Maştağa şossesində 1955-ci il təvəllüdlü Bakı şəhər sakini Məcidov Ramiz Yarəli oğlunun idarə etdiyi “VAZ-21015” markalı, 90-NC-966 dövlət qeydiyyat nişanlı avtobillə 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Pənahov Tərlan Oktay oğlunun idarə etdiyi “Renault Megane” markalı, 90-VH-688 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü və “Renault Megane” markalı avtomobildə olan sərnişin, 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Pənahov Çingiz Bahadur oğlu hadisə yerində ölüblər, “VAZ-21015” markalı avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Mehdiyeva Amidə Binəli qızı, 1987-ci il təvəllüdlü Zülfüqarov Xəyal Şahkərəm oğlu, 1972-ci il təvəllüdlü Hüseynov Cəfərqulu Əbil oğlu xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi