30 aprel 2013-cü il tarixdə Şabran rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

30 aprel 2013-cü il

30 aprel 2013-cü il tarixdə saat 22:30 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun Şabran rayonu ərazisindən keçən 133-cü km-də 1950-ci il təvəllüdlü Xaçmaz rayon sakini Əlimuradov Nüsrəddin Oruc oğlunun Quba rayonu istiqamətində idarə etdiyi “Hyundai” markalı, 10-XO-819 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan 1981-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Suleymanov Elton Valeh oğlunun idarə etdiyi “Mersedes-Benz” markalı, 10-JZ-826 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Baş verən yol-nəqliyyat hadisəsindən sonra Quba rayonu istiqamətində hərəkətdə olan 1961-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyev Mehman Əli oğlu idarə etdiyi “Tayota-Prado” markalı, 10-MS-900 dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinə toplaşan piyadaları vurub.

Qəza nəticəsində Şabran rayon sakinləri 1986-cı il təvəllüdlü Hüseynov Hüseynağa Sübhan oğlu, 1981-ci il təvəllüdlü Babayev Nicat Əlisahib oğlu hadisə yerində ölüblər, 1970-ci il təvəllüdlü Orucov Sahib Hacıbala oğlu isə xəsarət alaraq Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi