03 may 2013-cü il tarixdə Yevlax rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

03 may 2013-cü il

03 may 2013-cü il tarixdə saat 00:30 radələrində Aran-Mingəçevir avtomobil yolunun 9-cu km-də 1992-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Xanəliyev Ayxan Sabir oğlu idarə etdiyi “Hyundai Sonata” markalı, 10-NH-222 dövlət qeydiyyat nişanlı avtomolillə hərəkətdə olarkən idarəetməni itirərək onu aşırıb.

Qəza nəticəsində avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər, 1977-ci il təvəllüdlü Ağdam rayon sakini İsmyılov Cahid Zakir oğlu və 1990-cı il təvəllüdlü Mingəçevir şəhər sakini Beydizadə Xəyal Nazim oğlu aldığları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi