03 may 2013-cü il tarixdə Lənkəran rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

03 may 2013-cü il

03 may 2013-cü il tarixdə saat 13:00 radələrində Lənkəran rayonu ərazisində 1975-ci il təvəllüdlü Lənkəran rayon sakini Mirzəyev Novruz Mənsim oğlu Şağlaküçə kəndindən rayonun Qurunba kəndi istiqamətinə idarə etdiyi “Toyota-Prado” markalı, 90-EE-785 dövlət qeydiyyat nişanlı avtomobillə yolun ehtiyat hissəsində olan piyadaları, Lənkəran rayon sakinləri 1995-ci il təvəllüdlü Kərimli Ayxanım Ruslan qızını, 1996-cı il təvəllüdlü Qənbərzadə Səidə Səyyar qızını, 1999-cu il təvəllüdlü Bağırzadə Aydan Natiq qızını vurub.

Qəza nəticəsində piyada Bağırzadə Aydan Natiq qızı və Qənbərzadə Səidə Səyyar qızı hadisə yerində ölüblər, Kərimli Ayxanım Ruslan qızı isə xəsarət alaraq Lənkəran Diaqnostik Müalicə Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi