04 may 2013-cü il tarixdə paytaxtın Sabunçu rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

04 may 2013-cü il

04 may 2013-cü il tarixdə saat 19:00 radələrində Bilgəh-Nardaran şossesində 1961-ci il təvəllüdlü Bakı şəhər sakini Ələkbərov Malik Qulu oğlunun idarə etdiyi “Mersedes-Benz” markalı, 10-MP-044 dövlət qeydiyyat nişanlı avtobillə 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Ağayev Ramin Ramiz oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-TN-763 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Ələsova Sevinc Əsgər qızı hadisə yerində ölüblər, digər sərnişin 1989-cu il təvəllüdlü Vəliyeva Azadə Arzuman qızı, habelə “Mersedes-Benz” markalı avtomobilin sürücüsü xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi