05 may 2013-cü il tarixdə Yevlax rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

05 may 2013-cü il

05 may 2013-cü il tarixdə saat 23:50 radələrində Bakı-Qazax-Gurcustan səhədi avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən 292-ci km-də 1962-ci il təvəllüdlü Ucar rayon sakini İbrahimov Yaqub İsmayıl oğlu idarə etdiyi “HOWO” markalı, 90-ML-248 dövlət qeydiyyat nişanlı avtomolillə 1955-ci il təvəllüdlü Ucar rayon sakini İbrahimov Rəhim Kərim oğlunun idarə etdiyi “Donq-Fenq” markalı, 99-DT-383 dövlət qeydiyyat nişanlı avtomobili yedəyə alaraq yolu keçərkən 1987-ci il təvəllüdlü Yevlax rayon sakini Məmmədov Fəxri İlyas oğlunun idarə etdiyi “VAZ 21015” markalı, 90-NK-615 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ 21015” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişini 1984-cü il təvəllüdlü Yevlax rayon sakini Nəsirov Ülfət Nəsib oğlu aldıqları bədən xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi